Red Bull M.Uebberin maşınında motoru dəyişəcək

Red Bull komandası Mark Uebberin maşından motoru dəyişəcəyi təsdiq edib. Bu gün səhər Markın sərbəst yürüşlərə təzə motorla çıxmasına baxmayaraq, […]

Red Bull komandası Mark Uebberin maşından motoru dəyişəcəyi təsdiq edib. Bu gün səhər Markın sərbəst yürüşlərə təzə motorla çıxmasına baxmayaraq, motorda problemlər əmələ gəlib və komanda motoru dəyişməyi qərara alıb. Sıralanma turunda avstraliyalı sürücünün maşınında mövsümdə icazə verilən səkkiz motordan yeddincisi çalışacaq, mühəndislər isə nasazlığın səbəbini araşdıracaqlar. Əgər motor qadağan olunmayan təmir tələb edirsə, motor təmir olunacaq və gələcək yarışlarda istifadə oluna bilər…

Beləliklə, komandanın hər iki sürücüsünün ixtiayrında iki təzə motor qalıb, doqquzuncu motor isə startda on yer itirməklə cərimə olunur. Xatırladaq ki, keçən həftə komanda Sebastyan Fettelin maşınında ikki motoru itirmişdi, etibarlılıq faktoru titul uğrunda mübarizədə həllediic rol oynaya bilər…

Kristian Horner: “Hələlik nasazlığın səbəbini bilmirik, çox güman ki, onu təmir etmək və yenidən istifadə etmək mümkün olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*