F-1.az xəbər vermişdi ki, Ferrari mühəndisləri Çarli Uaytinqə məktub yazaraq ön və arxa asılqanların fiziki bağlılığı olmayan FRİC (Front and Rear-İnterConnected) sistemini reallaşdırdıqlarını, bundan istifadəyə icazə verilib-verilməyəcəyini soruşmuşdular. Uaytinq isə bu müraciətə mənfi cavab vermişdi. İsitfadə olunan son asılqanlar FİA tərəfindən 2014-cü ildə qadağan olunmuş asılqanlardan işləmə sisteminə görə fərqlənsələr də, əslində eyni işi görürlər. İddialara görə, yalnız Ferrari-nin sistemi rədd edilib və Red Bull keçənilki sistemlə davam edəcək.
Helmut Marko: “Bu il keçənilki sistemin tamamilə eynisindən istifadə etməsək də, onların oxşar cəhətləri çox olacaq”.