F-1.az xatırladır ki, Red Bull şirkətinin idman direktoru Helmut Marko bu il çempionluğa inanmadıqlarını demişdi.
Kristian Horner: “Keçən ildən çox dərs çıxardıq. Etibarlılıq cəhətdən də inkişaf etsək, güclü olmamaq üçün səbəb görmürəm. Sebastyan Fettel cavan yaşlarında bizimlə 4 çempionluq qazandı. Lyuis də 32 yaşında 4-cü dəfə çempion oldu. Məncə, Maks da çempiondur. Mükəmməl sürücüləri tanımaq mümkündür və Maks da onlardandır.
McLaren əla komandadır və onlara qarşı yarışmaq üçün səbirsizlənirik. Keçən ilin ikinci yarısında inkişaf etdik və tempi bu il də davam etdirmək istəyirik. Qaydalar demək olar eynidir və keçənilki bolidi təkmilləşdirə bilirik”.