Red Bull maşının Mayami QP üçün rəng çalarlarını təqdim edib

Red Bull pərəstişkarlarının köməyi ilə hazırlanmış və Mayamidə istifadə olunacaq xüsusi liveriyanı təqdim edib.

F-1.az xatırladır ki, Red Bull The Paddock üzvlərinə 2023-cü il mövsümündə üç Amerika yarışı üçün unikal rəng sxemləri hazırlamaq imkanı verilib.

Mayamidə biz maşının rənglənməsinə əlavə mavi və bənövşəyi xətlər əlavə edən argentinalı qrafik dizayn tələbəsi Martina Andriananın işini görəcəyik. Gənc dizayner bu barədə deyib: “Layihəyə başlayarkən havanın maşının ətrafında aşağıdan və yuxarıdan necə axdığını, onun necə hərəkət etdiyini düşündüm – bu, ilham mənbəyi oldu. Bundan əlavə, Mayami və oradakı yaxışın ab-havasını göstərmək istədim.

Xatırladaq ki, komandanın sürücüsü Maks Ferstappen də Mayami küçələrində fərqli dizaynlı dəbilqə ilə yarışacaq. Dəbilqənin rənglənməsində də bənövşəyi, firuzəyi rənglər var ki, bu rənglər şəhərdəki elit yaşayışı tərənnüm edir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*