F-1.az Almaniyanın Auto Motor und Sport nəşrinə istinadən bildirir ki, komanda testlərin başa çatmasından sonra keçən bir neçə gün ərzində bu problemi xeyli həll edib. Düzdür, bolid hələ də minimal çəkidən ağırdır, amma testlərlə müqayisədə əldə edilən fərq dövrə başına saniyənin 10-da, 20-də biri qədər üstünlük qazandıra bilər.
Qeyd edək ki, Red Bull həm də belə görünür ki, bir çox komandalardan fərqli olaraq, yırğalanma probleminin öhdəsindən daha yaxşı gəlib.