Red Bull şirkətinin avtoidman məsələləri üzrə məsləhətçisi Helmut Marko istisna etmir ki, Kimi Rəykkönen 2011-ci ildə Formula1-ə qayıda bilər. Bu mövsümü finlandiyalı dünya çempionu avtoralli üzrə dünya çempionatında (WRC) Citroen Junior Team komandasında keçirəcək, amma onun əmək haqqını Red Bull ödəyəcək. Deyilənlərə görə, Kimi Red Bull Racing komandasında Mark Uebberi əvəz edəcək, axı avstraliyalı sürücünün müqaviləsi ilin sonunda başa çatır…
Helmut Marko: “Kiminin Red Bull-la müqaviləsi var. Baxaq görək hadisələr necə cərəyan edəcək. Red Bull – böyük ailədir. İstənilən variant ola bilər: çox şey Kiminin öz istəyindən və onun rallidəki nəticələrindən asılıdır. Amma mən onun Formula1-ə qayıtması fikrini qeyri-adi saymıram.”
Kimi isə bu həftə cümə axşamı WRC-də rəsmən debüt edəcək: finlandiyalı sürücü şturmanı Kay Lindströmlə birlikdə Rally Sweden-in startına çıxacaq…