F-1.az xatırladır ki, həm Ferstappen, həm də Elbon Hunqarorinqdəki həftəsonunda balansla bağlı problemlər yaşayıblar. Sıralanma turunda isə 7 və 13-cü yeri tutublar.
Helmut Marko: “Cümə günü problem yaşayırdıq. Komanda gecə çox işlədi və dəyişikliklər etdik, amma aerodinamik problemləri həll edə bilmədik. Sürücülərimiz bu maşınla yaxşı nəticə göstərə bilmirlər. İkinci və üçüncü sektorda 1 saniyə itiririk. Mercedes-dən 1.4 saniyə geridə qalırıq. Silverstouna qədər bu problemi həll etməyə çalışacağıq. Əks halda bu templə podium real görünmür”.