Red Bull komandası Rikkardonun problemini tapıb

Red Bull komandası Rikkardonun düzlüklərdə yavaş olması səbəbi kimi mühərriyin ömrünün azalmasını və bolidin yerə çox sürtünməsini göstərib...

F-1.az xatırladır ki, telemetriya məlumatlarına görə, Rikkardo və Ferstappen arasındakı düzlük fərqi 0.07 saniyə olub. Hesablamalara görə, Rikkardo hər dövrə 0.1 saniyə itirib və əgər bu itki olmasaydı, avstraliyalı sıralanma turunda 0.062 saniyə gerisində olduğu Maks Ferstappeni qabaqlaya bilərdi.

Təhlillərdən sonra məlum olub ki, Rikkardonun yavaş olması səbəbi mühərriyin ömrünün bitməsi və bolidin altlığının yerə çox sürtünməsi olub.

Horner məsələyə aydınlıq gətirib və bildirib ki, Ostində yeni mühərriyə keçəcəklər: “Daniel düzlüklərdə yavaş idi və mühərrik şöbəsindəki işçilər vəziyyətlə maraqlanırdılar. Onun mühərriyi ömrünü tamamlamaq üzrə idi. Bundan başqa bolidinin altı yerə çox sürtünürdü. Amma mühərrik şöbəsi vəziyyəti təhlil edir. Hər iki sürücümüz də növbəti yarışda 5-ci, yəni sonuncu mühərriyə keçəcək”.

Horner növbəti yarışlarda maksimum nəticə qazanaraq, mövsümü ikinci yerdə bitirmək istəyir: “İşin maliyyə tərəfinə baxmalıyıq. Mövsümün sonunda gəlirlər paylananda bunun faydasını görəcəyik. İkinci yer növbəti mövsümün büdcəsi üçün çox vacibdir. Amma mübarizə davam edir və hər şey ola bilər. Ümid edirəm ki, növbəti iki yarış çətin olmaz. Braziliya və Əbu Dabidə Ferrari güclü olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*