F-1.az xatırladır ki, Toro Rosso komandasının sürücüsü Pyer Qasli Bəhreyn yarışında 4-cü olduğu halda, Rikkardo yarışın ikinci dövrəsində batareya probleminə görə mübarizəni dayandırmışdı.
Daniel Rikkardo: “Belə nəticələr Honda-nı Red Bull üçün cəlbedici edir. Hazırda mən heç nə bilmirəm, çünki növbəti mövsüm üçün müqavilə bağlamamışam. Mühərriklə bağlı danışıqlar sürücülər üçün maraqlı deyil. Növbəti mövsüm bəzi dəyişikliklər olacaq və bu, Honda üçün yaxşıdır. Honda son illərdə çox pul xərcləyib, ancaq McLaren-lə işləyə bilmədilər. İndi Toro Rosso-nun onlarla yaxşı işləməsi əladır”.