Red Bull komandası FİA-nın yekunlarına münasibət bildirib

Avstriyanı təmsil edən komanda FİA-nın bir az əvvəl dərc etdiyi büdcə auditinin yekunları ilə razılaşmayıb.

F-1.az xəbər verir ki, komandanın yaydığı bəyanatda deyilir:

“FİA-nın maliyyə qaydalarının kiçik pozuntuları ilə bağlı yaydığı yekun qərarı bizi təəccübləndirir və məyus edir. 2021-ci il üçün təqdim etdiyimiz bəyannamə büdcə limitindən aşağı idi. Xərclərin həddən aşağı olduğuna inanmaqda davam etdiyimiz üçün FİA-nın yekunlarına daha yaxından nəzər salmalıyıq.

Digər komandaların bəyanatlarına və versiyalarına baxmayaraq, mövqeyimizi müdafiə etmək üçün bütün mövcud variantları nəzərdən keçirərək, maliyyə reqlamentinin tələblərinə hörmətlə əməl edirik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*