Red Bull Racing və Scuderia Toro Rosso komandaları Williams komandasına qoşulublar, bu komandalar Mixael Şumaherin F60-ın sükanı arxasında testlər keçirməsi barədə Ferrari-nin xahişinə imtina ediblər. Komandaların sahibi Diter Mateşiç jurnalistlərə bildirib ki, Xayme Algersuari üçün belə bir test keçirilməmişdi, Xayme isə Formula1-də debüt edirdi.
Diter Mateşiç: “Macarıstan Qran Prisindən əvvəl biz Algersuari üçün test keçirməyə icazə istəmişdik, amma razılıq ala bilmədik. Bəs niyə biz yeddiqat dünya çempionunun testlərinə razılıq verməliyik? Xoşbəxtlikdən, Xayme debüt yarışında işinin öhdəsindən əla gəldi.”
Salzburger Nachrichten qəzetinə müsahibəsində Red Bull-un məsləhətçisi Helmut Marko bildirib ki, Mixael Şumaherin yeni maşınlara adaptasiyasında problem olmamalıdır…
Helmut Marko: “Mixael dərhal yeni maşında yaxşı sürət göstərmək üçün kifayət qədər təcrübəlidir. Testlərə icazə verilməsi indiki qaydalara uyğun deyil, amma əgər keçən həftə Mixael GP2 slikləri ilə işləyibsə, artıq bunun böyük əhəmiyyəti olacaq. Bizim mövqeyimiz reqlamentə uyğundur – biz Mixaelin əlavə testlərinə razılıq verə bilmərik və biz bu fikirdə tək deyilik.”