Red Bull komanda əmri tətbiq edəcək?

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marki bildirib ki, Daniel Rikkardo və Maks Ferstappen növbəti dəfə insident yaçasalar, komanda əmri tətbiq edəcəklər.

F-1.az xatırladır ki, iki sürücü 4-cü yer uğrunda mübarizə apararkən, Rikkardo 20 yaşlı komanda yoldaşına arxadan çırpılmış və nəticədə yarış Red Bull komandası üçün bitmişdi. Komanda rəhbərləri bu qəzadan sonra sürücülərlə danışacaqlarını demişdilər.

Helmut Marko: “Növbəti qəzadan sonra komanda əmri tətbiq edə bilərik. Düzdür, buna qarşıyıq amma məcbur qalacağıq”.

Maksın son yarışlardakı səhvlərinə baxmayaraq, Marko gənc sürücünü müdafiə edib: “Maksı sürəti və aqressivliyinə görə transfer etdik. Belə olan halda isə bu cür qəzalara öyrəşməlisiniz”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*