Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko Almaniyanın Bild qəzetinin jurnalistlərinə bildirib ki, komandanın mövsümün ilk üç yarışında narahat edən KERS problemləri yarışlararası fasilə zamanı uğurla həll olunub…
Helmut Marko: “Bizim KERS tam qaydasındadır. Pasxa tətilləri zamanı biz lazımi düzəlişlər etmişik və vəziyyət yaxşılığa doğru dəyişib.
KERS işləyir, bizim maşın qarşıdakı yarışda rəqabətədavamlı olmalıdır, amma biz rəqiblərimizə də hörmətlə yanaşırıq və hesab etmirik ki, qələbə artıq bizim cibimizdədir. Hamıbı gücünü əsirgəmədən işləyir, amma biz də üstünlüyümüzü saxlamaq üçün əlimizdən gələni edirik.”