Red Bull istirahət etməyəcək

Red Bull komandasının baş yarış mühəndisi Giyom Roklen bildirib ki, komanda Melburn yarışına qədər tam qüvvə ilə işləyəcək.

F-1.az xatırladır ki, avstriyalılar 8 günlük testlər ərzində 684 dövrə vurmuşdular və bu da 3184 km yol qət etmək deməkdir. Amma “qırmızı öküzlər” 5102 km (1096 dövrə) yol qət edən Mercedes-dən çox geri qalmışdılar.

Giyom Roklen: “Testlərdə istədiyimiz hər şeyi etdik. Yarış tempində getmək istədik. Bolidin necə gedib-getmədiyini öyrənmək üçün əla işlər gördük. Bəzi şeylər üzərində işləməliyik, amma bütün yeni bolidlərdə bu cür hallar olur. Biz də bunu necə həll edəcəyimizi bilirik.

Digər komandalar kimi Melburndakı yarışdan əvvəl çoxlu işləyəcəyik. Topladığımız məlumatlar üzərində işləyəcəyik və tapdığımız problemləri həll edəcəyik. Bunların nəticəsində ilk yarış üçün bir plan hazırlayacayıq”.

Hər iki Red Bull sürücüsü də mövsümöncəsi testlərdə onluğa düşmüşdülər və Maks Ferstappen ən yaxşı 6-cı nəticəni göstərmişdi. Hollandiyalı sürücü 1:19.438 zaman nəticəsi ilə birinci yeri tutan Rəykkönendən 0.8 saniyə geridə qalmışdı.

Giyom Roklen: “Rəqabətə davamlı olacağımızı düşünürəm. Balans və performansa görə sevincliyik. Bəzi komandalar təsiredici nəticələr göstərdilər. Amma testlərdə çox parametr üzərində işlədilər və buna görə də kimin neçənci yerdə olduğunu bilmək çətindir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*