F-1.az xatırladır ki, “qırmızı öküzlər” həm Sürücülər Çempionatında, həm də Mühəndislər Kubokunda Mercedes-lə amansız mübarizə aparırlar. Ancaq bu il çempionatda çox yenilik var. 145 milyon dollarlıq büdcə limiti də bu yeniliklərdən biridir. Bundan başqa növbəti mövsüm yeni texniki reqlament gələcək və komandalar bunun üzərində də işləməlidirlər.
Kristian Horner: “Çempionatdan imtina edib, bolidin inkişafını saxlamaq ağılsızlıq olar. Bu, balanslı işdir. Bizə baha başa gələ bilər, ancaq bu, Formula1-dir və burada mübarizə aparmaq lazımdır. 2013-cü ildə çempion olduqdan sonra hər il qələbə qazansaq da, hibrid erasında ilk dəfə çempionluq uğrunda mübarizə aparırıq. Uğur qazandıqdan sonra hər şey öz yerinə oturmağa başlayır. Bolid yaxşı işləyir və sürücülər də yaxşı nəticələr qazanmaq üçün maksimum işləyirlər. Bunu dayandırsaq, bizim üçün pis olar. 2014-cü il bizim üçün çox pis idi. Yenidən çempionluq uğrunda mübarizə aparmaq üçün 7 ilimiz getdi”.