Red Bull idmandan gedir?

Red Bull şirkətinin həmsahibi Diter Mateşiç bildirib ki, Mercedes AMG və Ferrari-nin hegemonluğu Formula1-ə zərər verir....

F-1.az xatırladır ki, Red Bull keçən il Renault mühərriklərindən narazı idi. Ona görə də avstriyalılar mühərrik üçün Mercedes və Ferrari ilə danışıqlara başladılar, amma danışıqlar nəticəsiz qaldı və Red Bull yeni mövsümdə də TAG Heuer brendli Renault mühərrikərindən istifadə etmək qərarına gəldi.

Diter Mateşiç Formula1-in hazırkı vəziyyəti barədə fikirlərini bildirib: “Berninin fikirləri ilə razıyam. Formula1-in hazırkı vəziyyəti yaxşı deyil. Mercedes AMG və Ferrari-nin hegemonluğu Formula1 üçün heç də yaxşı deyil”.

Mateşiç bildirib ki, onlar rəqabətədavamlı mühərrik tapa bilməsələr, idmandan gedəcəklər: “Hər şey göz qabağındadır. Biz önümüzdəki 5 il ərzində beşinci yer uğrunda mübarizə apara bilmərik və aparmayacayıq.

Əgər gələn il üçün rəqabətədavamlı mühərrik tapa bilməsək, gələcəyimiz barədə düşünəcəyik. Başqa çarəmiz yoxdur. Formula1 Fransa velosiped yarışı deyil. Biz burada köməkçi rol oynaya bilmərik.

Mühərrik keçənilki ilə eynidir, amma mən düşünürəm ki, Renault-nun yeni işçiləri daha yaxşı işləyirlər. Uğur qazanmaq üçün çox işləyirlər və çox istəklidirlər. Peşəkardırlar.

RB12 bizim ən yaxşı bolidlərimizdən biridir. Ədrian Nyui və komandası əsl şedevr yaradıblar. Bizim əsas hədəfimiz Mercedes AMG və Ferrari-dən sonra üçüncü yeri tutmaqdır. Toro Rosso-nun da mükəmməl bolidi var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*