Red Bull hələ Le Manda çıxış etməyəcək

Red Bull komamdasının idman məsləhətçisi Helmut Marko bildirib ki, Red Bull komandasının yaxın zamanlarda 24 saatlıq Le Man marafonunda iştirak etmək fikri yoxdur.

F-1.az xatırladır ki, Red Bull şirkəti iştirak etdiyi bütün seriyalarda güclü olsa da, Le Manda yarışmaması insanları təəccübləndirir.

Helmut Marko: “Əgər Le Mandakı xərclərə baxsanız, orada niyə yarışmadığımızı anlayarsınız. Xərclər çoxdur və bunları qarşılamaq bizə çətin olar. Yaxın müddətdə belə planımız yoxdur. Amma gələcəkdə nə olacağını bilmirəm. Lakin hazırda belə düşünürük.

Hazırda Formula1-də lazımi səviyyədə deyilik. Buraya fokuskanmaq istəyirik. Ferrari İspaniyadan əvvəl öndə olsa da, Mercedes yeniliklər hesabına onlara çatdı. Növbəti yarışlarda biz də bu mübarizəyə qoşulmaq istəyirik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*