Red Bull gücünü gizlədir?

Barselonada keçirilən mövsümöncəsi testlərin ilk mərhələsində Mercedes və Ferrari-dən geri qalan Red Bull yuxarı pillələr uğrunda mübarizə aparmaq istəyir.

F-1.az xatırladır ki, avstriyalılar birinci qış testlərində əsas rəqibləri Ferrari və Mercedes-dən həm zaman nəticəsinə görə, həm də qət olunan məsafəyə görə geri qalıblar.

“Qırmızı öküzlər”in avstraliyalı sürücüsü Daniel Rikkardo son açıqlamasında bildirib ki, nəsə demək üçün hələ tezdir: “Testlər hələ yeni başlayıb və sürücülər trasa nəticələrini yaxşılaşdırmaq üçün çıxmırlar. Biz fərqli sazlanmalar üzərində işləyirik və vaxt keçdikcə inkişaf edəcəyik.

Amma Ferrari və Mercedes-in sürətli göründüklərini qəbul etməliyik. Onlarla eyni səviyyəyə gəlməli və mövsümə hazır formada başlamalıyıq.

Birinci testlərdə əldə etdiyimiz məlumatları dəyərləndirib, ikinci testlərə güclü başlayacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*