F-1.az xatırladır ki, Maks Ferstappen Bəhreyndə Həmiltonla təmasdan sonra diferensial problemi yaşadığı üşün, Rikkardo isə batereya işləmədiyi üçün mübarizəni vaxtından əvvəl dayandırıb.
Helmut Marko: “Rikkardonun problemi ilk dəfə baş vermədi. Texniki problem sizi dayandırırsa, nə edə bilərsiniz? Maksın bəxti gətirmədi və möhkəm zərbə aldı. Diski qırıldı və diferensialı zədələndi. Sıralanma turundakı tempimizi gücləndirməliyik. Bunun üçün sürətli və etibarlı mühərrik lazımdır”.