F-1.az xatırladır ki, Red Bull idmana gələndən bəri gənc sürücülərə sərmayə qoyur. Hazırda peletondakı 6 sürücü – Fettel, Rikkardo, Ferstappen, Sayns, Hartli və Qasli – Red Bull sürücü akademiyasının yetirmələridir. Onlardan başqa Buemi, Algersuari, Vern və Kvyat kimi sürücülər də Red Bull-un gənc sürücü proqramının yetirmələri olublar.
Kristian Horner: “Red Bull 13 və 14 yaşlı kartinq yarışçılarına sərmayə qoyur. Formula4-də yaxşı istedadlı sürücülərimiz var və o gənclərə sərmayə qoymağa davam edəcəyik. Gənc sürücülərimizdən biri Makauda qalib gəldi və buna görə gənc sürücü proqramımız əla işləyir.
Əgər Red Bull komandasında boş yer yoxdursa, sürücülər öz yolları ilə gedə bilərlər. Onların başqa komandalara keçidinə qarşı deyilik. Karlos Saynsda olduğu kimi edə bilərik. Digər komandalara keçidini təmin edə bilərik. Özümüzə alternativlər yaradırıq”.