Red Bull gənc sürücülər proqramının bütün üzvlərinin adını açıqlayıb

Red Bull 2023-cü ildə gənc sürücülər proqramına daxil olan bütün sürücülərin adını açıqlayıb. Eyni zamanda, hər bir sürücünün hansı çempionatda iştirak edəcəyi də bəlli olub.

F-1.az xəbər verir ki, proqrama ümumilikdə F2, F3, F4, Yapon Super Formulası və beynəlxalq kartinqdə nəyə qadir olduqlarını nümayiş etdirəcək on ölkədən 12 sürücü daxildir. Press-relizdə vurğulandığı kimi, Red Bull Junior Team-ə beş yeni sürücü qoşulub və bəzilərinin Formula1 tarixi ilə bağlı çox tanınmış adları var, ona görə də “onların irsinin bu proqramı necə zənginləşdirəcəyini görmək maraqlı olacaq”.

Söhbət, ilk növbədə, bundan sonra Red Bull-un dəstəyini alacaq və Formula2-də çıxışını davam etdirəcək Enzo Fittipaldi, həmçinin keçmiş Formula1 pilotu Xuan Pablo Montoyanın 17 yaşlı oğlu Sebastyan Montoyadan gedir.

İndi proqramda Yaponiyanın iki nümayəndəsi var: Formula2-də ikinci mövsümünə hazırlaşan Ayumu İvasaya həmyerlisi Souta Arao qoşulub: 17 yaşlı sürücü Fransa Formula4-də yaxşı çıxış edib, çempionatda 3-cü yeri tutub və indi Britaniya F3-də özünü sınayacaq.

Yaponiya mövzusunu davam etdirərək onu da əlavə etmək lazımdır ki, yenizelandiyalı Liam Louson bu və ya digər səbəbdən F1-ə dərhal düşə bilməyən ondan əvvəl bir çox perspektivli sürücülər kimi Super Formulada yarışmaq üçün Doğan Günəş Ölkəsinə gedəcək.

Red Bull proqramına ən gənc yeni gələnlər, yalnız keçən il formulalarda debüt edən 15 yaşlı britaniyalı Arvid Lindblad tam mövsümü İtaliya F4-də keçirəcək, lakin artıq BƏƏ F4-də qış seriyasında yarışmağa başlayıb.

Fransız Enzo Delinyinin 14 yaşı var və bu ilə qədər o, kartinqlə məşğul olub, indi isə İspaniya F4-də debüt edəcək.

Nəhayət, gənc tailandlı Enzo Tarnvançikulun cəmi 13 yaşı var, lakin o, artıq dünya çempionudur: 2022-ci ildə kartinqdə OK-Junior sinfində titul qazanıb. Bu il Enzo Red Bull-un dəstəyi ilə Prema komandasının heyətində Avropa və Dünya Çempionatında çıxış edəcək.

Təbii ki, yaşından və milliyyətindən asılı olmayaraq, bütün bu sürücülər nə vaxtsa dünya avtoidman piramidasının zirvəsinə çatmağı və Sebastyan Fettel və Maks Ferstappenin başladığı işi davam etdirməyi xəyal edirlər. Onlardan hansı uğur qazanacaq və uğur qazanacaqmı, bunu zaman göstərəcək.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*