F-1.az xatırladır ki, şayiələrə görə Rikkardo Red Bull-u tərk edərək, Ferrari-yə transfer olunacaqdı. Amma İtaliya mətbuata xəbər verib ki, Rikkardo Red Bull ilə müqaviləsini iki il daha uzadıb. Rikkardonun iki il ərzində 20 milyon avro qazanacağı iddia edilir. Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko verdiyi açıqlamada “Rikkardo 2018-ci ilə qədər Red Bull-da qalacaq. Buna şübhə etmirəm” demişdi. Horner isə Rikkardonun müqaviləsinin bittiyi ilə bağlı xəbərləri təkzib edib.
Horner jurnalislərin “Rikkardonun 2017-ci ildəki komanda yoldaşı Ferstappen olacaq?” sualına belə cavab verib: “Bəli. Amma sadəcə 2017-ci il üçün yox”. Bu hadisələrdən sonra Red Bull gələn il böyük ehtimalla Rikkardo-Ferstappen cütü ilə yarışacaq.