Red Bull FİA İnstitutunun forumunun iştirakçısı oldu

Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının bu günlərdə İstanbulda keçən toplantısında FİA İnstitutu ikigünlük “Avtoidmanda tibb” adlı forum keçirib. Bu gün […]

Beynəlxalq Avtomobil Federasiyasının Baş Assambleyasının bu günlərdə İstanbulda keçən toplantısında FİA İnstitutu ikigünlük “Avtoidmanda tibb” adlı forum keçirib. Bu gün İstanbul Park avtodromunun marşalları FİA-nın həkimi Jan Jak İssermanın rəhbərliyi altında seminar iştirakçılarına Red Bull maşınının üzərində sürücünün kokpitdən cəld çıxarmağı nümayiş etdiriblər.

Jerar Seyyan, FİA İnstitunun prezidenti: “Biz Red Bull komandasına minnətdarıq ki, belə bir tədbirdə nümayiş üçün maşınını bizə təqdim etdi. Son iki gündə biz maraqlı fikir mübadiləsi etmişik, bizim işimizin əyani nümayişi isə daha çox öyrənmək üçün ideal vasitədir.”

Sebastyan Fettel: “Həkimlərin peşəkarlığını görmək əladır, onlar trasda fövqəladə şəraitdə işləyirlər. Biz onlara həyatımızı etibar edirik, və şadam ki, onlar həmişə köməyə gəlməyə hazırdırlar.”

Kristian Horner: “Biz şadıq ki, çempionatda qalib gəlmiş maşınımız idmanın belə bir vacib işində nümunə rolunu oynayır. Biz yarışlarda məhz həkim və marşal komandalarının sayəsində iştirak edirik, ona görə də onların töhvələrini unutmamalıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*