F-1.az xatırladır ki, Monako yarışında pit-stopdan əvvəl Ferstappen və Rikkardo Mercedes komandasının sürücüsü Bottasın arxasında müvafiq olaraq 4-cü və 5-ci yerdə gedirdilər.
Lakin avstriyalılar Ferstappeni pitə çağırdıqdan bir dövrə sonra Mercedes buna qarşılıq olaraq Bottası içəriyə almışdı. Bundan sonra Rikkardo önü açıq halda 5 mükəmməl dövrə vuraraq, pit-stopdan 3-cü yerdə qayıtmışdı. Lakin bu hal Ferstappen tərəfindən birmənalı qarşılanmamışdı.
Ədrian Nyui: “Yarışdan əvvəl demişdik ki, Bottasın gerisində qalsaq, fərqli strategiyalardan istifadə edəcəyik. Pitə tez girməkmi yaxşıdır, yoxsa gec girməkmi, bilmirdik. Pitə tez daxil olmaq ilk dövrədə təkərləri qızdırmaqdan, gec girmək isə tempdən asılı idi. Amma Ferstappendə pitə tez girmək az qala işə yarayırdı. Heyif ki, pit zamanı bir az vaxt itirdik. Çətin qərar idi. Öndə olanları daha tez pitə çağırırıq həmişə və bu dəfə də belə etdik.
Yarışdan əvvəl hər iki sürücüyə də hansı strategiyanın daha yaxşı olduğunu bilmədiyimizi dedik. Onlar da qəbul etdiıər. Ferstappenin radiodan etirazı normal idi. Boliddə olanda adrenalin yüksək olur.
Növbəti bir neçə yarışda rəqabətədavamlı olmağı gözləmirik. İki tras da Montsa kimi mühərrik gücü tələb edir. Hazırda ən yaxşı 3-cü komandayıq. Monakodakı kimi yaxın olmaq üçün güclü inkişaf etməliyik”.