Red Bull Ferstappenlə niyə müqavilə uzadıb?

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, komanda dedi-qodulardan əziyyət çəkməsin deyə Ferstappenlə müqaviləni uzadıb.

F-1.az xatırladır ki, dünən Red Bull komandası gözlənilmədən hollandiyalı sürücü ilə müqaviləni 2020-ci ilə qədər uzadıb.

Kristian Horner: “Dedi-qodulardan xilas olmaq üçün vacib idi. Komanda onu saxlamaq istədi. Maks isə komandada qalmaq istədi. Beləliklə, bəsit bir qərar verildi. Müəmma bitdi. Komanda və Maks harada olduğunu bilir. İndi isə komanda olaraq ən yaxşı bolidi düzəltməyə çalışırıq. Maks bu il komandanın inkişafını gördü. Komandaya inanır və özünü rahat hiss edir. İndi isə əsas məqsəd Danieli razı salmaqdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*