Red Bull Ferstappenə qadağa qoyub

F-1.az xəbər verir ki, niderlandlı sürücünün zədələnməsi ehtimalına görə MotoGP motosikletini sınaqdan keçirməsinə komanda tərəfindən icazə verilməyib.

Maks Ferstappen: “Mən MotoGP yarışlarını izləməyi xoşlayıram. Bir çox komandaların real qələbə şansının olması xoşuma gəlir. Bu uşaqlar sadəcə dəlidirlər. Onların necə güclü olduqlarını görmək heyrətamizdir. Düz yolda sürətinə görə bu motosikletlərdən birini sınamaq istərdim, lakin komanda icazə vermir. Baxmayaraq ki, indi ayağımı sındırsaydım, mövsümün əvvəlinə kimi sağalmağa vaxtım olardı. Sürətli sürərdim? Təbii ki, özümü yaxşı tanıyıram. Sükan arxasında otursaydım, mütləq hücuma keçərdim.Əsas odur ki, bir şey qaydasında getməsə nə etmək lazım olduğunu biləsən”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*