F-1.az xatırladır ki, Markionne Formula1-dəki yeni qaydaların istədikləri kimi olmayacağı təqdirdə idmandan ayrılacaqlarını və yeni seriya yaradacaqlarını demişdi. Dünən Mercedes Motorsport-un başçısı Toto Volff isə həmkarını dəstəkləmişdi…
Kristian Horner: “Onların ayrılması idmana zərər verə bilər. Ferrari Formula1-in ən nüfuzlu markalarından biridir. Formula1 Ferrari-siz davam edə bilərmi? Əlbəttə! Lakin biz Ferrari olan Formula1-də yarışmaq istəyərik”.