F-1.az xəbər verir ki, məşqlərdə və sıralanma turunun ilk yarısında Red Bull komandasının sürücüləri öndə olsalar da, yekunda ən yaxşı nəticəni damalı bayraqdan sonra Audi-dən Rene Rast göstərib. Amma üçqat dünya çempionu Spa mərhələsində qəza törətdiyi üçün növbəti yarışın startında 3 yer itirməli olub və pouldan start almaq haqqı Red Bull komandasından Nik Kəssidiyə keçib.
İlk cərgəni Niklə birlikdə Audi-dən Niko Müller bölüşüb. İkinci cərgədə isə Audi-nin iki sürücüsü Rikardo Föller və Rene Rast yer alıblar.
Startda Kəssidi liderliyini qoruyub, arxada isə Mülleri əvvəlcə Föller və Rast, növbəti dövrədə isə Kəssidinin komanda yoldaşı Felipe Fraqa arxada qoyublar.
Bundan sonra trasda vəziyyət stabilləşib və hamı pit stopları gözləyib. Maraqlıdır ki, heç kim DTM-ə xas olan erkən pit etməyib, hamı ilk hissəni maksimum uzatmağa çalışıb.
Yekunda Kəssidi Spadan sonra ardıcıl ikinci qələbəsinə çevirib və Ferrari-nin sükanı arxasında Red Bull komandasına Red Bull Rinqdə ardıcıl 3-cü qələbə qazandırıb: Keçən il trasda baş tutan hər iki yarışı Liam Louson qazanmışdı.
Podiumu isə Rene Rast və Lamborghini-dən Mirko Bortolotti tamamlayıblar.
Bu podium sayəsində Rene və Mirko turnir cədvəlində mövsümün lideri BMW-dən Şeldon van der Linde ilə fərqi ciddi bağlayıblar. Hazırda Şeldonun 130 xalı var, Rene liderə 13, Mirko isə 21 xal uduzur.
Sabah Avstriyada 2-ci yarışla mərhələyə yekun vurulacaq.