Red Bull-da sponsorlar üçün yerlər tükənir

F-1.az xəbər verir ki, komandanın kommersiya direktoru Nik Stouker nüfuzlu Sports Business Journal-a verdiyi müsahibədə maşının üzərində boş yerlərin demək olar ki, qalmadığını bildirib...

Nik Stouker: “Bizim çoxlu tərəfdaşlarımız var və hər kəsə ən yüksək səviyyəli xidmət təqdim etmək istəyirik. Lakin yerlərimiz az qalıb. Buna görə də nə vaxtsa deməli olursan: Mağaza bağlıdır və komandamızın kifayət qədər partnyoru var.

Xoşbəxtlikdən hələ də maşınların üzərində sponsorların loqotiplərini yerləşdirmək üçün bir neçə yerimiz mövcuddur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*