Ferrari-dən sonra Red Bull da testlərə qoşulub. Bu gün Sebastyen Buemi 2017-ci ilin reqlamentinə uyğun modifikasiya olunmuş RB11 ilə Pirelli-nin quru təkərlərini yoxlayıb. İsveçrəli sürücü 82 dövrə vurub.
Red Bull sabah da Mugellodakı testləri davam etdirəcək. Sükan arxasında yenə də Buemi olacaq…