F-1.az xatırladır ki, bəzi şayiələrə görə, Red Bull komandası daha gənc və perspektivli Maks Ferstappeni birinci sürücü etmək istəyir.
Helmut Marko: “Maksı favorit kimi görmürəm, amma əksər hallarda sıralanma turunda sürətli idi. Yeddi dəfə mübarizəni dayandırması asan məsələ deyildi və bəzən əhvalı korlanırdı. Amma bundan çox şey öyrənərək gücləndi. İki qələbə buna sübutdur.
Bir nömrəli sürücümüz yoxdur. Hər iki sürücüyə bərabər status veriləcək və kimin güclü olmasına onlar qərar verəcəklər. Həmişə sürətli sürücünü sevəcəm.
Rikkardo mövsümün ilk hissəsində problem yaşadı, amma tez uyğunlaşdı. Bəzən Maks ilə eyni tempdə bəzən də sürətli oldu. Məncə, iki sürücü də gücləndi. Daha da güclü olmaq üçün bir-birilərinə yükləndilər və ümid edirəm ki, növbəti mövsümdə də bu hal davam edər”.