Red Bull Çinə yeniliklər aparacaq

Red Bull komandası mövsümün 3-cü yarışı olan Çin Qran Prisinə yeniliklərlə gedəcək.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümöncəsi testlərdə Honda-nın motorlarından pozitiv geridönüşlər alıb. Buna görə də Ədrian Nyui hazırda sürətli traslar üçün yeniliklər hazırlayır.

Helmut Marko: “Üçüncü yarışa planlaşdırılan yeniliklər Nyuinin səyləri nəticəsində Melburn yarışına çatdırıldı. Pozitivik. Özümüzü Ferrari-nin ardında, Mercedes-in önündə görürəm. RB15 Red Bull tarixinin ən bahalı və ən yaxşı bolididir. Artıq trasa qayıda bilərik. Yarış qazanmaq üçün gözəl fürsətimiz var.

Honda-nın zəif olduğunu düşünənlər çoxdur. Amma testlərdə etibarlılıqla bağlı problem yaşamadıq. Əgər at qüvvəmiz çox olsaydı, növbəti mövsümə pozitiv baxa bilərdik. Keçən il 4 yarış qazanmışdıq. Bu il 5 yarış qələbəsi real hədəfdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*