Red Bull Car Park Drift ikinci dəfə Bakıda təşkil olunacaq

22 Oktyabr Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Qətərdə təmsil etmək üçün yola düşəcək

Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı drift göstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.

2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünyaşöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün Bakıya gələcək. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.

“Red Bull Car Park Drift” yarışı “Castrol” avtomobil yağlarının, Mazda Azərbaycanın, Dənizkənarı Bulvar İdarəsinin və Turbo.az-ın dəstəyi ilə keçirilir.

Tədbirin xüsusi qonağı ecazkar HİSS olacaq. O, öz yeni treki ilə drift trekində çıxış edəcək.

Bu il, tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara bilet satışı həyata keçirilir.

Biletləri iticket.az saytından və ya şəhərin kassalarında əldə edə bilərsiz.

Əlavə olaraq, seyr edənlərin əyləncəli vaxt keçirməsi üçün tədbirin ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub. Odur ki, bütün drift həvəskarlarını 22 oktyabr, saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*