F-1.az artıq xəbər vermişdi ki, bu şou hava üzündən bir gün təxirə salınmışdı, amma cümə günü gözəl hava Toro Rosso komandasının sürücüsü Maks Ferstappenə xüsusi təkərlər taxılmış RB7-nin sükanı arxasında improvizə olunmuş qarlı trasda dövrələr atmağa imkan verib.
Deyilənlərə görə, şoudan nəinki ora toplaşan tamaşaçılar, hətta gənc Maksın özü də həzz alıb…
Maks Ferstappen: “Burada, Alp dağlarının Avstriya hissəsində təbiət füsunkardır! Mən çox şadam ki, Formula1 maşınının sükanı arxasında belə bir yerdə dövrələr atdım. Düzdür, təkərlərə xüsusi zəncirlər bağlanmışdı. Ona görə də maşını idarə etmək elə də asan deyildi. Belə şəraitdə səhvə yol vermək olmaz, çünki uçuruma düşmək riski var idi. Ona görə də bir az qorxulu idi. Amma məncə, bu dağlardan xizəklə düşdükdə belə qorxuludur!”