Red Bull: “Bizim sistem halodan yaxşıdır”

Red Bull komandasının sürücüləri Daniel Rikkardo və Daniil Kvyat bildiriblər ki, Red Bull-un hazırladığı sürücünün başını müdafiə sistemi Ferrari-nin testlərdə istifadə etdiyi halo sistemindən daha yaxşıdır..

F-1.az xatırladır ki, Ferrari halo sistemini Barselonadakı mövsümöncəsi testlərdə ilk dəfə test etmişdi. Bundan sonra sürücülərin çoxu halo sisteminin görünüşünü tənqid etmişdilər.

Red Bull komandası isə yeni başı müdafiə edən sistem dizayn edib. Red Bull-un sistemi şüşədən ibarətdir və kənardan tərəflərdə şüşəni dəstəkləyən iki dirək var. Red Bull bu sistemi gələn ay bir şou yürüşündə nümayiş etdirəcək. Red Bull komandasının sürücüləri bu sistemi ilk dəfə zavodda test ediblər.

Daniel Rikkardo: “Bu sistemdə yolu görmək çox rahatdır, ona görə də ilk test bizim üçün əla keçdi. Yan tərəfdəki dəstəklər də güzgü ilə eyni cizgidədir.

Güzgülərin yeri hazırda dəyişilməyib. Onlar yolun görünməsini bir az çətinləşdirirlər, amma bu dəstəklər onlarla eyni cizgidə olduğu üçün güzgülərə mane olmurlar.

Mən düşünürəm ki, Red Bull-un dizayn etdiyi sistem funksiyasına görə daha yaxşıdır. Sözün düzü, mən Ferrari-nin sistemindən istifadə etməmişəm, amma Red Bull-un sistemi daha çox sahəni bağlayır”.

Daniel Rikkardo əlavə edib ki, Alonsonun Avstraliyadakı qəzası kimi hallarda boliddən çıxmaq çətin olmayacaq: “Boliddən çıxmaq rahat idi. Fernando-nun keçirdiyi qəzada çıxmaq üçün bir az da çox yer olsaydı, yaxşı olardı”.

Daniil Kvyat: “Əgər şüşə kirlənsə və ya öndəki boliddən yağ sıçrasa, bu heç də yaxşı olmayacaq. Şüşə kirlənəcək. Ancaq bu daha yaxşıdır. Ancaq fanların bəyənməsi daha vacibdir.

Məncə, yolu görməkdə Red Bull-un sistemi halodan daha yaxşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*