F-1.az xəbər vermişdi ki, Ferrari komandasının sürücüsü Kimi Rəykkönen dünən Halo adlı baş qoruma sistemini ilk dəfə test edib.
Amma mütəxəssislər güman edirlər ki, Red Bull önündə dirək olmayan və sürücünün başını tamamilə bağlayan sistem hazırlayıb. Komandanın təklif etdiyi variantda öndə dirək yoxdur. Hər iki tərəfdə kiçik detallardan istifadə edilib.
Bu sistemdə Bloodhound adlı sürət rekordu qıran avtomobilin şüşəsindən istifadə edilib.
Deyilənlərə görə Red Bull-un bu sistemi Batman filmindəki Batmobile-ı xatırladır. Red Bull bu sistemi şou vaxtı nümayiş etdirəcək.