Red Bull başın mühafizə sistemini sınaqdan keçirib

Daniel Rikkardo cümə sərbəst yürüşlərinin ilk sessiyasında - yəni bir qədər əvvəl aeroscreen sistemini test edən ilk sürücü olub...

F-1.az xatırladır ki, aeroscreen halo sisteminin alternativ variantı kimi hazırlanıb və keçən həftə çarpma testlərində sınaqdan keçmişdi. Sistem ilk dəfə Soçidə birinci sərbəst yürüşlərdə yoxlanılıb.

Rikkardo bu sistemlə cəmi bir dövrə vurub və yeni detalın yol görünməsinə necə təsir etdiyini öyrənib.

Aeroscreen də halo kimi ortadan dəstəklənir və güzgülərin yanında iki dənə sütun qoyulub.

Red Bull bu sistemlə bir dövrə vuraraq, həm Formula1 Dünyasının, həm də azarkeşlərin yeni detalla bağlı fikirlərini öyrənmək istəyib.

Xatırladaq ki, Ferrari mövsümöncəsi qış testlərində halonu test etmişdi və azarkeşlər bu sistemi bəyənməmişdilər və sistem sürücülərin sərt tənqidləri ilə üzləşmişdi.

Rikkardo sistem barədə danışıb: “Fərqlidir, biz sürücülərin dəbilqələrini görməyə öyrəşmişik, buna görə də fərqlidir. Azarkeşlər sürücüləri dəbilqələrinə görə seçirlər.

Görək, necə olur. Bu sistemi dəstəkləyirəm və növbəti 20 ildə bu sistem bir sürücünün həyatını xilas etsə, deməli yaxşı işləyir.

Məncə, bu cür fikirlərə açıq olmalıyıq. Düzdür, fərqlidir, amma 2009-cu ildə bolidlər dəyişəndə, mən onların çox eybəcər olduğunu düşünürdüm. Amma get-gedə onlara öyrəşdik və bolidlər getdikcə gözəl görünməyə başladılar. Bu hamı üçün eynidir. Mən deyə bilərəm ki, fanlar buna da öyrəşəcək”.

 

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*