BBC-yə müsahibəsində Mark Uebber bildirib ki, Red Bull komandası Barselonada arxa antiqanadın effektliyini dəyişən hava kanalından istifadə etməyəcək. Komanda ilk dəfə McLaren-in işləyib hazırladığı bu element üzərində işini davam etdirir, amma element hələ tam hazır deyil…
Mark Uebber: “Biz imkan daxilində tezliklə yeni hava kanalından istifadə etmək istəyirik, amma bu yenilik hələ Barselonada peyda olmayacaq – bunu dəqiq deyə bilərəm. Biz bilmirik ki, sistem nə vaxt tam hazır olacaq, amma sistem stenddə yoxlanılır və mən əminəm ki, bizim sistem çox effektiv olacaq.”