F-1.az xatırladır ki, Azərbaycan yarışı Formula1 tarixində ilk dəfə keçirilir və Bakı Şəhər Halqası Formula1 təqvimindəki ən uzun ikinci düzlüyə sahibdir. Renault son vaxtlar mühərrikdə yeniliklər etsə də, Marko bədbin düşünür: “Çox uzun düzlüyün bizə faydası yoxdur. Simulyatorlarda test etdik və gördük ki, Bakıda bir dövrədə 1.2 saniyə vaxt itiririk.
Biz yaxşı bolidə sahib olsaq da, düzlüklərdə itirdiyimiz vaxtı döngələrdə kompensə etmək demək olar ki, qeyri mümkündür”.
Xatırladaq ki, Renault Monakoya gətirdiyi yeni mühərriyin dövr başına 0.5 saniyə üstünlük qazandığını iddia etmişdi…