Red Bull amortizatorları şübhə altındadır?

Red Bull maşınlarının sürəti rəqiblərinə rahatlıq vermir – onlar isə Ədrian Nyuinin kosntruksiyasında qeyri-leqal elementlər axtarırlar. Belə bir element maşının […]

Red Bull maşınlarının sürəti rəqiblərinə rahatlıq vermir – onlar isə Ədrian Nyuinin kosntruksiyasında qeyri-leqal elementlər axtarırlar. Belə bir element maşının altlığı ilə yol arasındakı məsafəni (klirens) tənzimləyən sistem ola bilər – dünən ilk dəfə sistem barədə şəhrçi Ceyms Allen öz bloqunda danışıb.

Xatırladaq ki, Red Bull maşınlarının sıralanma turunda sürətli olması üçün bu məsafə minimum olur, amma səhər yarışın startında yanacq baklarına maye doldurularkən maşının altlığının yerə dəyməməsi üçün amortizatorlara qaz vurulur. Yuxarı qaldırılmış maşın yanacaq işlətdikcə yüngülləşir və pit-stopda mexaniklər qazı buraxmaqla yenidən maşını bir qədər aşağı endirirlər. Nəticədə şənbə günü maşın ən sürətli olur və bazar günü yarışda müəyyən üstünlük qazanır.

Bu element ətrafında hadisələr hamıya tanış olan senari üzrə inkişaf edib: bu yaxınlarda eyni hadisələr McLaren-in qeyri-adi aerodinamikası ətrafında cərəyan edirdi. Bu dəfə isə məhz Uokinqdən olan komandanın nümayəndəsi, daha doğrusu başçısı, Martin Uitmarş rəqiblərini reqlamenti pozmaqda ittiham edib.

Onun fikrincə, sıralanma turu və yarış arasındakı vaxt ərzində klirensin dəyişdirilməsi bağlı park prinsiplərinə ziddir. Avstraliya Qran Prisinin sıralanma turunda McLaren maşınalrının “öküzlər”dən yarım saniyə yavaş olmasının səbəbini Uitmarş belə izah edib: “Mənə elə gəlir ki, klirensin tənzimlənməsi sistemindən istifadə olunması aşkardır, bu sistemi biz hamımız qeyri-qanuni sayırıq.

Amma biz də belə bir sistem hazırlayırıq. Qaydalara görə belə bir sistem qadağan olunsa da, biz tezliklə sistemi maşınlarımıza tətbiq edəcəyik – ümid edirəm ki, artıq Çin Qran Prisində.”

Məhz hansı komandalardan şübhələnməsi sualına cavabında Uitmarş bildirib: “Deyəsən, Red Bull tək deyil, daha bir neçə maşın sıralanma turuna az klirenslə çıxırlar, amma səhər dolu yanacaqla onlar normal görünürlər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*