Red Bull AlphaTauri-nin satılması məsələsinə reaksiya verib

Avstriyalı şirkət xüsusilə bu gün mətbuatda və paddokda yayılan söz-söhbətləri təkzib edib.

F-1.az xatırladır ki, Red Bull-un köməkçi komandası kimi fəaliyyət göstərən, şirkətin gənc sürücülərinin F1-ə giriş qapısı olan AlphaTaurinin satılacağı ilə bağlı söz-söhbətlər gündəmi zəbt edib.

Red Bull-un sözçüsü məsələyə münasibət bildirib: “AlfaTauri-ni satmağı planlaşdırmırıq. Mövcud əməliyyat strukturunu dəyişdirmək planımız yoxdur. Red Bull AlphaTauri üçün komponentlər təmin edir və Red Bull Powertrains onlarla da işləyir”.

Qeyd edək ki, bu barədə daha çox alman mətbuatında yazılıb, aşağı gəlirə görə komandanın satılması və ya bazasının Böyük Britaniyaya köçürülməsi gündəmə gətirilib. Hətta real alıcılar arasında Andretti, Hi-Tech və Mumbai Falcons kimi şirkətlərin adları qeyd olunub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*