Red Bull ağ rəngli bolidlə yarışacaq?

Bəzi iddialara əsasən Red Bull komandası Honda ilə anlaşdığı üçün yeni mövsümdən etibarən ağ rəngli maşınla yarışacaq.

F-1.az xatırladır ki, Red Bull komandası uzun illərdir ki, göy, sarı və qırmızı rəng çalarları olan maşınla yarışıb. Amma Avstriyalılar yeni mövsümdə Honda mühərriyindən istifadə edəcəyi üçün ağ rəngli maşınla yarışa bilərlər. Bu iddiaların səbəbi isə yeni kambinezonlarla dəbilqələrdə ağ rəngin üstünlük təşkil etməsidir. Ferstappen və Qasli yeni dəbilqələrində ağ rəngə üstünlük veriblər.

Xatırladaq ki, komanda yeni bolidini fevralın 13-ü təqdim edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*