F-1.az bildirir ki, Acura brendinin adı boliddə və sürücülərin kombinezonlarında olacaq. Honda şirkəti Amerikada marketinqlə bağlı addım atmaq istəyir.
Qeyd edək ki, Acura brendi Honda-nın Amerika və Kanada bazarındakı lyuks təmsilçisidir. Brend 1986-cı ildə qurulub və rəqibləri ilə ciddi rəqabət apara bilir.
Bu, Acura-nın Formula1-dəki ilk iştirakı deyil. Daha əvvəl Ayrton Senna və Alen Prostun dəbilqələrində Acura markasına yer verilmişdi.