Red Bull 2018-ci il bolidi üzərində işləməyə başlayıb

Red Bull komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, 2018-ci il bolidinin üzərində işləməyə başlayıblar.

F-1.az xatırladır ki, Avstriya təmsilçisi mövsümə çempionluq iddiası ilə başlasa da, Ferrari və Mercedes-dən geri qalmışdı.

Daniel Rikkardo: “Bolid mövsümün əvvəlində çox zəif idi, amma artıq daha yaxşı vəziyyətdədir və qarşıdakı mübarizəyə ortaq ola bilirik. Hər mövsüm başlanğıcında bir az geridə qalırıq və vaxt itiririk. Növbədə 4 yarış var və son iki yarışdakı performansımızı düşünsək, yaxşı vəziyyətdəyik.

Gələn ilin bolidinin üzərində işləməyə tez başladıq və Melburndan etibarən rəqabətədavamlı olmaq istəyirik. Mercedes son illərdə çox yarış qazandı və artıq onları dayandırmaq vaxtıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*