F-1.az xəbər verir ki, bugünki testdə Buemi 93 dövrə vurub. Bununla da, testlərin ilk mərhələsi başa çatıb. Pirelli əldə edilən nəticələrə baxacaq və təkərlərdə lazımi dəyişiklikləri aparacaq. Növbəti testlər sentyabrda keçiriləcək. Ferrari Barselonada, Mercedes AMG isə Pol Rikar-da yeni təkərləri yoxlayacaq.
Red Bull 2017-ci ilin təkərləri ilə ilk testini tamamlayıb
F-1.az xatırladır ki, 2017-ci ilin təkərlərinin testləri bazar ertəsi günü Fioranoda start götürmüşdü. Sebastyan Fettel və Esteban Qutyerres Pirelli-nin gələn il üçün hazırladığı yağış təkərlərini test etmişdilər. Dünən isə növbə Red Bull-a çatmış, Sebastyen Buemi RB11-in sükanı arxasında Mugelloda 82 dövrə vurmuşdu.