R.Dennis Red Bull-un versiyasına inanmır

McLaren komandasının keçmiş başçısı Ron Dennis inanmır ki, Bəhreyn Qran Prisinin son dövrələrində Sebastyan Fettelin sürəti azaltmasına məhz yandırma şamının […]

McLaren komandasının keçmiş başçısı Ron Dennis inanmır ki, Bəhreyn Qran Prisinin son dövrələrində Sebastyan Fettelin sürəti azaltmasına məhz yandırma şamının problemləri səbəb olub.

Dennis güman edir ki, RB6-nın yanacaq bakı balacadır, Renault motoru isə nəzərdə tutulan kimi qənaətcil alınmayıb: əgər komanda təcili tədbirlər görməsə idi, Fettel sadəcə olaraq finişə çata bilməyəcəkdi. Risk etməmək üçün komanda motoru daha qənaətcil rejimə keçirib.

Dennis Ədrian Nyuini yaxşı tanıyır, Red Bull-dan əvvəl Nyui uzun müddət məhz McLaren-də çalışıb.

Ron Dennis: “Çox güman ki, Red Bull-un problemi konstruktor səhvləri ilə bağlıdır. Ya maşının yanacaq bakı balacadır, ya da motor gözlənildiyindən çox yanacaq işlədir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*