R.Dennis Həmiltonun qayıtmasını istisna etmir

2012-ci ilin sonunda Lyuis Həmilton McLaren komandasını tərk etməsi barədə qərar vermişdi. Amma bu gün Uokinqdə jurnalistlərlə ünsiyyəti zamanı McLaren […]

2012-ci ilin sonunda Lyuis Həmilton McLaren komandasını tərk etməsi barədə qərar vermişdi. Amma bu gün Uokinqdə jurnalistlərlə ünsiyyəti zamanı McLaren Group-un icraçı direktoru Ron Dennis bildirib ki, Lyuis bu qərarı 2012-ci ilin Sinqapur Qran Prisindən sonra veribmiş – yarışda liderlik edən Lyuis maşının nasazlığı üzündən qələbəni əldən vermişdi. Gələcəkdən danışarkən Dennis istisna etmir ki, Həmilton komandaya qayıda bilər…

Ron Dennis: “Güman edirəm ki, onun qərarında maliyyə də böyük rol oynadı – amma həlledici faktor bu olmadı. Məsələ bundadır ki, onun irəliləmək imkanı peyda oldu – buna qədər hər iki tərəfin öhdəlikləri var idi: mən bunu qəbul etdim və başa düşdüm ki, həlledici an yetişib.

Mən Lyuisin xarakterini bilirəm və Sinqapur Qran Prisindən sonra o, çox məyus olmuşdu. Nə qədər qəribə olsa da, həmin gün McLaren-ə aiddiyyəti olmayan detal sıradan çıxmışdı. İstənilən halda, Lyuis əlverişli zmanda əlverişli təklif aldı və ona görə də komandanı tərk etdi.

Amma, kim bilir? Sizi əmin edirəm ki, biz tezliklə rəqabətədavamlılıq səviyyəmizi artıracayıq. İstisna etmirəm ki, Lyuis də bizim komandaya qayıda bilər. Lyuis daha güclü sürücü olacaq, çünki başqa komandada başqa təcrübə qazanacaq”.

Ron Dennis onunla Martin Uitmarş arasında hər hansı bir nalaşılmazlığın olmasını da təkzib edib: “Biz dalaşmamışıq və küsməmişik. Hər şey çox sadədir: dəyişikliklər zəruri idi və mən onlara başçılıq etmək istəyirdim, çünki hiss edirdim ki, bunun komandaya xeyri olacaq. Mən səhmdarlarımız tərəfindən dəstək aldım və məhz bunda görə də bu işlə məşğulam. Gələcəyə gəlincə, biz Martinlə ümumi dil tapacayıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*