Biz artıq bildirmişdik ki, Virgin şirkətlər qrupunun başçısı Riçard Brənson Brawn GP komandasına mövsümün ilk iki yarışı üçün yarım milyon dollar ödəyəcək. SportsPro jurnalistlərinin hesablamalarına görə Virgin loqotipi Melburn uik-endi ərzində 42 dəqiqə efir vaxtı alıb, bu isə Britaniya bazarında 11 milyon dollar dəyərindədir – çox sərfəli biznesdir.
Britaniyanın Times qəzeti bu gün yazıb ki, yaxın uik-end ərzində komandanın sponsorlarının sayı arta bilər – bəzi böyük şirkətlər öz təkliflərini ediblər və bu həftəsonu Sepanqa müqavilə bağlamağa gələcəklər.
Xəbərləri gözləyirik!