Brawn GP komandasının sahibi və başçısı Ross Braun Britaniya polisi tərəfindən saxlanılıb. Cənub-qərbi İngiltərədə Devonşir qraflığının şossesində 110 km/saat sürət məhdudiyyəti olduğu halda Braun Mercedes-Benz maşınında 161 km/saat sürətlə hərəkət edib.
Britaniya mətbuatı yazır ki, bazar ertəsi Ross insidenti araşdıran məhkəməyə gəlməyib və iclas sentyabr ayına keçirilib. Əgər Ross və ya onun nümayəndəsi məhkəməyə gəlməsələr, o sürücülük vəsiqəsindən mərhum edilə bilər…