Britaniyanın Motorsport İndustry Association’s (MİA) assosiasiyasının illik yay tədbirində Brawn GP komandasının başçısı Ross Braun avtoidman sənayesinə töhvəsinə görə mükafata layiq görülüb…
Kris Əylett, MİA-nın prezidenti: “Nadir texniki istedad, səmimiyyət və təvazökarlıq kimi xüsusiyyətlərin belə bir rəqabətədavamlı idman növündə bir adamda cəm olması nadir haldır. Ross Braunun avtoidman sənayesinə, komanda personalının, təchizatçıalrın və sürücülərin işinə şəxsi töhvəsi olduqca böyükdür. Onun işi gənc mühəndisləri ruhlandırır, Ross elə bir şəxsiyyətdir ki, onun orda olması avtoidmanın gələcəkdə populyarlığına zəmanət verir.”
Əvvəllər bu mükafatı Frənk Uilyams, Stirlinq Moss və Ceki Stüart alıbalr…